Kurtuanın son DURUMU
20.03.2024 - 23:33
![Kurtuanın son DURUMU](https://apasport.az/storage/news/2024/march/20/big/65fb02ab1ef1765fb02ab1ef18171094903565fb02ab1ef1565fb02ab1ef16.webp)
"Real"ın qapıçısı Tibo Kurtua ötən gün komanda ilə məşq zamanı xəsarət alıb.
Apasport.az xəbər verir ki, belçikalı qolkiperin bərpa müddətinin 2 ay çəkəcəyi gözlənilir. O, sonuncu dəfə meydana 2023-cü ilin iyunun 17-də Belçika millisinin heyətində rəsmi oyuna çıxıb.
Hazırda qapısı Andrey Lunin tərəfindən qorunan Madrid klubu İspaniya La Liqasında 29 turdan sonra 72 xalla 1-ci pillədə qərarlaşıb.
0
0