İspaniya La Liqası və Sequndasının keçirilməsi təhlükə altına düşüb.
Apasport.az saytının məlumatına görə, hakimlər çempionat oyunlarını boykot etməyi planlaşdırır.
Bununla bağlı qərar çempionatın görüşlərini idarə edən ədalət təmsilçilərinin görüşündə verilməlidir. Hakimlər ciddi tənqid və amansız təzyiqlərə etiraz əlaməti kimi belə addım atmaq istəyir.
Bunun səbəblərindən biri gənclərdən ibarət “Polilya” komandasının futbolçuları və qohumlarının “Kalavera” ilə görüşdən sonra referiyə hücum çəkməsi, sonradan stadiondan kənarda döyməsidir. Hakimlər boykot qərarı verərsə, çempionat matçlarının təşkili mümkünsüz olacaq.
Qeyd edək ki, hakimlərin iştirakı ilə görüş bu günə planlaşdırılıb.
- Xüsusi təklif və endirim: UFC həyəcanını Setanta Sportsda yaşayın!
- Cüneyt Çakır hakimlikdən getdi
- Ronaldonun yeni baş məşqçisi kim olacaq? – İki namizəd ön plandadır
- Millimizin üzvü: "Bura birinci yeri tutmaq və mərhələ adlamaq üçün gəlmişdik"
- Olise Fransa qələbəsinin qəhrəmanı oldu – “Matçın adamı” seçildi