Lafferti millidən kənarlaşdırıldı
24.09.2022 - 10:33
Şimali İrlandiya millisinin futbolçusu Kayl Lafferti yığmadan kənarlaşdırılıb.
Apasport.az saytının məlumatına görə, hücumçu Millətlər Liqasının Kosovo və Yunanıstanla görüşlərini buraxacaq.
Bu barədə qərarı yerli futbol federasiyası verib. Belə addım “Kilmarnok”un araşdırmalara başlamasından sonra atılıb. Klub rəhbərliyi Laffertinin fanatlardan biri ilə sektant xarakterli danışığını araşdırırır.
Qeyd edək ki, bir neçə il əvvəl Kaylın “Qarabağ”a keçə biləcəyi barədə xəbərlər yayılsa da, transfer baş tutmayıb.
- Ukrayna irəlilədi, Azərbaycan mövqeyində qaldı – UEFA reytinqi
- De Byazi: “Olar, komandanı bildiyim kimi idarə edim?"
- “Neftçi Arena”da qalib müəyyənləşmədi - YENİLƏNİB
- "Qarabağ"ın rəqibi İngiltərə Kubokunda növbəti tura vəsiqə qazanıb
- Tramp DÇ-2026 bilet qiymətlərinə etiraz etdi: “Mən o pulu verməzdim”
0
0