Laport “Real”a keçməkdən imtina etdi
25.12.2023 - 09:06
“Əl-Nəsr”in futbolçusu Emerik Laport “Real”a keçməkdən imtina edib.
Apasport.az xəbər verir ki, İspaniya nəhəngi 29 yaşlı müdafiəçiyə təklif göndərib.
Madrid klubu onu zədələnən David Alabanı əvəz etmək üçün sıralarına qatmaq istəyib. “Real” Laportu mövsümün sonunadək icarəyə götürməyi planlaşdırsa da, müdafiəçi bununla razılaşmayıb. “Əl-Nəsr” rəhbərliyi də keçidin əleyhinə olub.
Qeyd edək ki, Emerik bu ilin avqustunda “Mançester Siti”dən “Əl-Nəsr”ə keçib.
- “Turan Tovuz” - “Qarabağ” matçının biletləri satışda
- Mark Tamaş: "İlk oyunu səbirsizliklə gözləyirəm" - VİDEO
- AFFA cəzaçəkmə və tərbiyə müəssisələrində futbol dərsləri təşkil edib
- "Samsunspor" Yunanıstandan məğlub qayıdır, AL-də günün nəticələri - YENİLƏNİB
- İngilis futbolçu 375 matça pul qoyuluşu etdi və... - İTTİHAM
0
0