Leao müqaviləni uzatmasa...
29.03.2023 - 16:35
![Leao müqaviləni uzatmasa...](https://apasport.az/storage/news/2023/march/29/big/64240804a9d8864240804a9d89168008294864240804a9d8664240804a9d87.jpg)
“Milan”ın futbolçusu Rafael Leao ilə bağlı planı bəlli olub.
Apasport.az saytının məlumatına görə, İtaliya klubu yaxın 10-15 gün ərzində müqavilənin uzadılmasını istəyir.
Əgər futbolçu ilə ortaq məxrəcə gəlinməsə, Leao yayda satılacaq. Onun müqaviləsi 2024-cü ildə başa çatır. Milanlılar hücumçunun bir ildən sonra azad agent kimi getməsini istəmir.
Qeyd edək ki, Rafael cari mövsüm A seriyasında 25 oyunda 8 qol və 6 assistə imza atıb.
0
0