“Lester”dən ayrıldı, İtaliya klubu ilə müqavilə imzaladı
15.07.2026 - 13:46
“Lester”dən ayrıldı, İtaliya klubu ilə müqavilə imzaladı

“Lester Siti” futbolçusu Harri Uinkslə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı yarımmüdafiəçi karyerasını İtaliyada davam etdirəcək.

O, “Kalyari” ilə müqavilə imzalayıb. Sözləşmənin müddəti 2028-ci il iyunun 30-na qədər nəzərdə tutulub.

Qeyd edək ki, Harri Uinks 2023-cü ilin yayından “Lester”də çıxış edirdi. O, İngiltərə təmsilçisinin heyətində bütün turnirlərdə 109 oyun keçirib. Yarımmüdafiəçi 2023/24 mövsümündə Çempionşipdə çempionluq qazanan komandanın heyətində 45 matçda meydana çıxıb.