“Lester”in futbolçusu klubunu dəyişir
25.05.2023 - 11:31
“Lester”in futbolçusu Harvi Barns karyerasını İngiltərənin digər klubunda davam etdirməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Aston Villa”nın transfer siyahısına düşüb.
25 yaşlı ingiltərəli Birminhem klubunun əsas hədəfinə çevrilib. “Nyukasl” və “Tottenhem” də Barnsı heyətinə qatmaq fikrindədir. Bu üzdən “Aston Villa” danışıqları tez yekunlaşdırmağı planlaşdırır.
Qeyd edək ki, yarımmüdafiəçi mövsümün 39 matçında 12 qol və 3 assist müəllifi olub.
- Zelim Kotsoyev: "Mehriban Əliyevanın təbriki mənə əlavə motivasiya verdi"
- Vüsal İsgəndərli: "Milli komandadan dəvət gözləyirəm" - Müsahibə
- Badmintonçumuz Avropa çempionatında 1/4 finala yüksəlib
- Prezident Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırıb
- “Sumqayıt” bu gün ilk yoxlama oyununa çıxacaq
0
0