Levandovski qarət olundu
19.08.2022 - 10:32
Robert Levandovski xoşagəlməz hadisə ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, “Barselona”nın hücumçusu klubun bazası yaxınlığında avtoqraf verən zaman qarət olunub.
Polşalı forvard avtomobilinin pəncərəsindən avtoqraf paylayan zaman 2 qarətçi sərnişin yerinin qapısını açaraq futbolçunun qolundan 75 min avro dəyərində saatı oğurlayıb.
Robert avtomobillə qarətçiləri təqib etməyə çalışsa da, kiçik qəzaya düşüb. Barselona polisi oğruları qısa zamanda saxlayaraq saatı Levandovskiyə geri qaytarıb.
Qeyd edək ki, Levandovski bu yay “Bavariya”dan “Barselona”ya keçib.
- Misli Premyer Liqasında “Q/Q”u sevənlər
- “Mançester Siti” uruqvaylı futbolçunu izləyir
- Conatan Benteke: "Qollarımı Premyer Liqada da davam etdirmək istəyirəm" - MÜSAHİBƏ
- Təbriz Həsənov: "Nə qədər çətin olsa da, "Qarabağ" "Dinamo"nu keçmək gücündədir" - Müsahibə
- Sabiq futbolçu Gürcüstanda prezident seçilib
0
0