Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Cud Bellingem yenidən İngiltərə klublarının maraq dairəsinə düşüb.
Apasport.az saytının məlumatına görə, xüsusən də, “Liverpul” ulduz futbolçunu heyətinə qatmağa çalışıb.
Lakin “qırmızılar”ın bütün cəhdləri uğursuz alınıb. Çünki Bundesliqa təmsilçisi 19 yaşlı hücumameyilli oyunçusunun toxunulmaz olduğunu bildirib və heç bir halda satılmayacağını açıqlayıb. “Borussiya”nın təklifi qəbul etməməsi səbəbindən “Liverpul” rəhbərliyi Bellingemi siyahıdan çıxarıb.
Qeyd edək ki, Cud Bellingem ötən mövsüm bütün turnirlərdə 44 oyunda 6 qol vurub, 14 məhsuldar ötürmə verib.
- Ansi Aqolli: “Mərhələni keçən tərəf "Qarabağ" olacaq”
- Güvənç Kurtar: "Şeydayevi əsas heyətdə oynaması üçün transfer ediblər" - Açıqlama
- Elşən Mirzəyev: “Dünya çempionatında iştirak üçün müraciətlər daxil olmaqdadır”
- Konfrans Liqasında bütün 1/4 finalçılar bilindi
- Cəlal oynadı, komandası Bolqarıstan kubokunda mərhələ adladı