“Liverpul” qapıçısı ilə yollarını ayırmaq istəyir
22.01.2025 - 17:54

Premyer Liqa klublarından “Liverpul” qapıçısı ilə yollarını ayıracaq.
Apasport.az xəbər verir ki, Kuimhin Kelleher daha çox oyun vaxtı əldə etmək üçün bu addımı atacaq.
“Qırmızılar”da onun heyətə düşəcəyinə zəmanət verilmir. Çünki Alisson komandada qalacaq və “Valensiya”dan Giorgi Mamardaşvili kollektivə qoşulacaq. Bu isə Kelleherin oynamaq şansını daha da azaldır.
26 yaşlı qapıçı Premyer Liqanın digər klublarından təklif gözləyir.
- Toninin diskvalifikasiyası başa çatdı
- "Sumqayıt" "Neftçi" ilə oyunda azarkeşlərin təhqiramiz şüarlarına görə ziyana düşüb
- "Mançester Siti"nin Diaş qərarı
- İrəvanda mükafat qazanan türkiyəli idmançı: “Medalı Azərbaycana hədiyyə etdiyim üçün çox qürurluyam”
- Azərbaycan çempionatı: I dövrənin cütləri müəyyənləşib
0
0