“Liverpul”da iki zədəli
24.12.2022 - 10:16

“Liverpul” iki itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, bunu baş məşqçi Yurgen Klopp açıqlayıb.
O bildirib ki, Roberto Firmino və Ceyms Milner növbəti iki oyunu buraxacaq. Hər iki futbolçu zədədən əziyyət çəkir.
Onlar “Lester” və “Aston Vllla” ilə Premyer Liqa görüşlərindən kənar qalacaq. Bu matçlar dekabrın 26-da və 30-da baş tutacaq.
Qeyd edək ki, zədədən sonra bərpa olan Trent Aleksander-Arnold və Aleks Oksleyd-Çemberlen, həmçinin yığmadan qayıdan Vircil van Deyk artıq komanda ilə məşq edir və meydana çıxa bilər.
- "Şamaxı" Küveyt klubu ilə yoxlama matçı keçirəcək
- "Araz" "Səbail"i Sumqayıtda qəbul edəcək
- İtaliyada mərc qalmaqalı – Argentinalılar diskvalifikasiya oluna bilər
- Avropa Liqası tarixinin ən yaxşı 10 komandası - SİYAHI
- Arif Əsədov məlum təpiklə bağlı: “Loran Blan da Bartezin başından öpürdü” - MÜSAHİBƏ
0
0