"Liverpul"un futbolçusu İtaliya klubuna keçə bilər
18.11.2024 - 14:40
!["Liverpul"un futbolçusu İtaliya klubuna keçə bilər](https://apasport.az/storage/news/2024/november/18/big/673b19b269953673b19b2699541731926450673b19b269951673b19b269952.jpg)
“Liverpul”un yarımmüdafiəçisi Federiko Kyeza yanvarda İtaliyada oynaya bilər.
Apasport.az xəbər verir ki, “İnter” 27 yaşlı yarımmüdafiəçini 2025-ci ilin yanvarında mövsümün sonuna qədər icarəyə götürməyi planlaşdırır.
Futbolçu keçən yay “Yuventus”dan “Liverpul”a keçib, lakin indiyədək komandasında cəmi 3 oyun keçirib.
Yarımmüdafiəçinin “Liverpul”la müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.
Qeyd edək ki, 2021-ci ildə Kyeza İtaliya millisinin tərkibində Avropa çempionatının qalibi olub.
0
0