“Liverpul”un istəyi təxirə düşdü
23.08.2023 - 16:13
“Liverpul”un transfer planları pozulub.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Andre Netonu transfer edə bilməyib.
“Fluminense” Braziliya yığmasının dayaq yarımmüdafiəçisini satmaqdan imtina edib. “Qırmızılar”ın 30 milyonluq təklifi cənubi amerikalıları razı salmayıb. Klub rəhbərliyi Andreni ilin sonuna qədər satmayacağını da bildirib. “Liverpul”un yanvarda danışıqları bərpa edəcəyi gözlənilir.
Qeyd edək ki, Andre mövsümün 40 matçında 13 sarı və 1 qırmızı vərəqə alıb.
- Premyer Liqa klubunda növbəti ayrılıq
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
- Nağı Səfərov: “Bakıdakı dünya çempionatına 150 ölkədən 1500 idmançının gəlişi gözlənilir”
- Natan Oduva: “Onların işini çətinləşdirməyə çalışacağıq” - MÜSAHİBƏ
- Bədii gimnastika üzrə millimiz beynəlxalq turnirdə
0
0