Lopeteqi İngiltərə klubunu tərk edə bilər
07.01.2025 - 13:22
İspaniyalı baş məşqçi Xulen Lopeteqi “Vest Hem”dən ayrıla bilər.
Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi təcrübəli çalışdırıcının işindən narazıdır.
Komandanın "sükan"ı arxasında keçirdiyi 22 rəsmi qarşılaşmada cəmi 7 qalibiyyət alan Lopeteqi, rəhbərliyin etimadını doğrulda bilməyib.
Hazırda baş məşqçi axtarışlarını davam etdirən İngiltərə təmsilçisinin prioriteti “Çelsi”nin sabiq baş məşqçisi Qraham Potterdir.
Qeyd edək ki, 20 turdan sonra “Vest Hem” İngiltərə Premyer Liqasında 23 xalla turnir cədvəlində 14-cü sırada qərarlaşıb.
- Siyasət Əsgərov: "Monteneqro ilə oyunda hücum xəttində problemlər yaşadıq"
- Cari mövsümün məhsuldarlıq rekordu qeydə alınıb
- Andrey Lunyov: "Bayer"in məğlubiyyətsizlik seriyasının davam etdiyinə şadam"
- Roberto Martines: “Azərbaycanın uzaqda olması problemdir”
- Şpaqa və sablya üzrə Bakı birinciliyinin qalibləri bəlli olub
0
0