![Luis Enrike: “Fliklə finalda qarşılaşmağa razılaşdıq”](https://apasport.az/storage/news/2022/november/29/big/6385dc577f61b6385dc577f61c16697170796385dc577f6196385dc577f61a.jpg)
İspaniya millisinin baş məşqçisi Luis Enrike maraqlı açıqlama ilə diqqət çəkib.
Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsində üz-üzə gəldikləri Almaniya ilə finalda bir daha qarşılaşacaqlarını proqnozlaşdırıb.
Luis Enrike hətta almaniyalı həmkarı Hansi Fliklə bu barədə razılaşdıqlarını da deyib: “Fliki xüsusilə bəyənirəm. O, son dərəcə savadlıdır və futbol səviyyəsi çox yüksəkdir. Üstəlik, komandasındakı futbolçular da ona hörmətlə yanaşırlar. Fliklə finalda qarşılaşmağa razılaşdıq. Hamı bilir ki, Almaniya ilə yenidən üz-üzə gəlməyin yeganə yolu turnirin finalıdır. Zarafat və ya ciddi, biz həmin görüşü keçirmək üçün dekabrın 18-də Dohada bir-birimizi görəcəyimizi dedik”.
Qeyd edək ki, E qrupunun II turunda bu komandalar arasında keçirilən oyun 1:1 hesabı ilə yekunlaşıb. Son tur öncəsi İspaniyanın 4, Almaniyanın isə 1 xalı var.