![Qyökereş 2024-cü ildə 60-cı qolunu vurub](https://apasport.az/storage/news/2024/december/06/big/675297b3b261e675297b3b261f1733466035675297b3b2611675297b3b261d.jpg)
"Sportinq"in hücumçusu Viktor Qyökereş ötən gecə növbəti qolunu vurub.
Apasport.az xəbər verir ki, onun komandası Portuqaliya çempionatının 13-cü turunda "Moreyrense" ilə qarşılaşıb.
Qyökereş "Sportinq"in 1:2 hesablı məğlubiyyəti ilə başa çatan görüşün 12-ci dəqiqəsində fərqlənib. O, 60 qoldan 10-nu millinin heyətində vurub.
Qeyd edək ki, Qyökereşin 2024-cü ildəki uğurlu çıxışı bir çox Avropa nəhənginin diqqətini cəlb edib. Onların arasında "Mançester Yunayted, "Mançester Siti" və "Real" da var. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2028-ci ilin yayına qədərdir. Onun transfer dəyərinin 70 milyon avro olduğu bildirilir.