Luis Felipe “Əl-İttihad”a keçdi
07.09.2023 - 20:06
“Əl-İttihad” daha bir futbolçu ilə heyətini gücləndirib.
Apasport.az saytı xəbər verir ki, Lius Felipe karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
27 yaşlı futbolçu “Betis”dən transfer olunub. “Əl-İttihad” bu keçid üçün 25 milyon avro ödəyəcək. İtaliyalı müdafiəçi ilə bağlanacaq müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, Felipe 2022/23 mövsümündə “Betis”in heyətində 29 oyunda meydana çıxıb.
- “Barselona” Xaviyə yeni müqavilə təklif edəcək
- Dortmund klubu "Çelsi"nin transfer hədəfi üçün 70 milyon avro tələb edir
- PFL-dən Kulinariya Günü sorğusu: Legionerlər Azərbaycanda nə yeyir - VİDEO
- Yığmanın sabiq futbolçusu: “Neftçi” ilə oyunda “Qarabağ”ı üstün hesab edirəm”
- “Neftçi” uğursuz seriyaya son qoydu - YENİLƏNİB
0
0