“Sportinq” klubdan ayrılması gündəmdə olan Viktor Qyökereşin yerini Luis Suarezlə doldurmağı planlaşdırır.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, “Arsenal”a keçidi gözlənilən isveçli hücumçu son vaxtlar məşqlərə qatılmayaraq komandadan ayrılmaq istədiyini açıq şəkildə bildirib.
Bu səbəbdən Portuqaliya çempionu “Almeriya”nın 27 yaşlı hücumçusu Luis Suarezi transfer etmək niyyətindədir.
İspaniya təmsilçisi forvard üçün 25 milyon avro tələb edir.
Qeyd edək ki, kolumbiyalı futbolçu geridə qalan mövsümdə “Almeriya”nın heyətində 43 oyunda iştirak edib, 31 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

- "Real Madrid" La Liqada məğlubiyyətsizlik seriyasını 30-a çatdırıb
- Tərlan Quliyev: “Millinin formasını vətəninə sevgisi olanlar geyinməlidir” - MÜSAHİBƏ
- "Sumqayıt" yoxlama oyunu keçirəcək - Vaxtı bilindi
- AFFA-da danışılmış oyunlarla bağlı seminar keçirilib
- Daha bir futbolçu Dünya Çempionatını buraxacaq - ZƏDƏYƏ GÖRƏ