Mahir oynamadı, komandası məğlub oldu
25.01.2025 - 22:24
Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" Almaniya 2-ci Bundesliqasında növbəti oyununa çıxıb.
Apasport.az xəbər verir ki, futbolçumuz sarı vərəqə limiti üzündən "Şalke"yə qarşı forma geyinməyib.
19-cu tur çərçivəsində keçirilən qarşılaşma rəqib komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bütün qollar oyunun 1-ci hissəsində vurulub.
Qeyd edək ki, Mahirin komandası 25 xalla 12-ci pillədə qərarlaşıb. "Nürnberq" yanvarın 31-də evdə "Darmştadt"la üz-üzə gələcək.
- Qəzənfər Abbasov: "Qələbələrimizin davamlı olmasını arzu edirəm"
- Kişi həndbolçular arasında Azərbaycan çempionu müəyyənləşib
- Sərxan Hacıyev: "Santuşla bağlı elə də çox danışmağa ehtiyac yoxdur"
- Fernandu Santuşun mətbuat konfransının vaxtı bəlli olub
- “Beşiktaş”da baş məşqçi böhranı: Namizədlər bir-bir imtina edir
0
0