MakTominey "Napoli"yə transfer olub
30.08.2024 - 22:45
Adı Türkiyənin "Qalatasaray" və "Fənərbaxça" klubları ilə də gündəmə gələn Skott MakTomineyin yeni ünvanı rəsmiləşib.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi İtaliyanın "Napoli" klubu ilə müqavilə imzalayıb.
Müqavilənin müddəti 2028-ci ilə qədərdir. "Mançester Yunayted" MakTominey transferindən 30.5 milyon avro qazanıb.
Qeyd edək ki, futbolçunun Türkiyəyə getməməsinin səbəbi "qırmızı şeytanların" 30 milyon avrodan aşağı düşməməsidir.
- 2025-ci ildə boksçularımızın beynəlxalq yarışlarda əldə etdikləri medalların sayı artıb
- “Sumqayıt” Velinovskini gətirmək istəyir
- “Fənərbaxça” ilk oyunda məğlub oldu - YENİLƏNİB
- MLS tarixində ən bahalı transferlərin adı açıqlanıb - Dünya çempionu siyahıda yoxdur
- "Qarabağ" - "Ayaks" matçının biletləri tükənir
0
0