Mali millisinin üzvü "Ayaks"da - RƏSMİ
16.09.2026 - 13:54
Mali millisinin üzvü "Ayaks"da - RƏSMİ

“Ayaks” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Amsterdam təmsilçisi “Tottenhem”dən ayrılan İv Bisumanı transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mali millisinin üzvü azad agent kimi “Ayaks”a qoşulub. Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Bisuma 2022-ci ildən “Tottenhem”də çıxış edirdi.