"Mançester Siti" mövsümə kubokla başlayıb
10.08.2024 - 21:32
İngiltərənin "Mançester Siti" klubu mövsümə kubokla başlayıb.
Apasport.az xəbər verir ki, "şəhərlilər" "FA Community Shield" kubokunun finalında əzəli rəqibi "qırmızı şeytanlarla" qarşılaşıb.
Uembli stadionunda keçirilən matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. 82-ci dəqiqədə Qarnaçonun vurduğu qola 7 dəqiqə sonra Bernardo Silva cavab verib.
Penaltilər seriyasında rəqibindən 7:6 hesabı ilə üstün olan "Mançester Siti" kubokun sahibi olub.
- Azərbaycan kuboku: NTD və “Abşeron” mərhələ adlayıb
- “Qarabağ”ın mümkün rəqibləri müəyyənləşdi: “Qalatasaray” və ya “Olimpiya”
- Antoni və Hoylund "Qalatasaray"a qarşı oynayacaq? - Ten Haq açıqladı
- Voleybol Federasiyası nümayəndələri 3 rayona səfər etdilər
- III MDB Oyunları: kamandan oxatma yarışlarına yekun vurulub
0
0