“Mançester Siti”də ciddi itki - Qvardiola açıqladı
08.01.2026 - 12:53
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın vingeri Savinyonun zədə səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalacağını bildirib.
Apasport.az xəbər verir ki, braziliyalı futbolçu yanvarın 1-də Premyer Liqada “Sanderlend”ə qarşı keçirilən oyunda 51-ci dəqiqədə zədələnərək əvəzlənmişdi.
Təcrübəli baş məşqçi futbolçunun təxminən 1 ay yarım meydandan kənarda qalacağını söyləyib.
Qeyd edək ki, Savinyo bu mövsüm Premyer Liqada keçirdiyi 15 oyunda 1 qol ötürməsi edib.
- Millimizin baş məşqçisi: "Hədəfimiz Azərbaycan üçün olimpiya çempionu verməkdir"
- AAAF-ın mətbuat katibi: “Hadisə baş verən an internetdə kəsilmə oldu”
- Avropa Çempionatının final mərhələsi 2 şəhərdə keçiriləcək
- Kapitan "Barselona"nı tərk edir
- Azərbaycanın yeniyetmə taekvondoçuları təlim-məşq toplanışı keçiriblər
0
0