"Mançester Siti"dən "Vest Hem"ə getdi
26.01.2024 - 20:01
"Vest Hem" heyətinə yeni futbolçu cəlb edib.
Apasport.az xəbər verir ki, London klubu "Mançester Siti"nin yarımmüdafiəçisi Kalvin Filipsi icarəyə götürüb.
28 yaşlı futbolçu mövsümün qalan hissəsində “Vest Hem”in şərəfini qoruyacaq. İngiltərə millisinin də formasını geyinən futbolçu yeni komandasında 11 nömrəli forma ilə meydana çıxacaq.
Qeyd edək ki, bu mövsüm 10 matçda 319 dəqiqə meydanda olan ingiltərəli 1 qolla yadda qalıb.
- Güləşçilərimiz beynəlxalq turnirə Qazaxıstanda hazırlaşırlar
- Azərbaycan idmançıları Avropa çempionatında uğurla çıxış ediblər - FOTO
- Azərbaycanda 8 Regional Voleybol Klubu yaradılıb
- Murad Musayevin gedişi ilə bağlı: "Sanki Aleks Ferqyuson "Mançester Yunayted"dən gedib"
- Lebron: ““Denver” qarşılaşdığım ən güclü komandadır”
0
0