"Mançester Siti"dən yeni müqavilə
26.02.2024 - 23:27
İngiltərənin "Mançester Siti" klubunda yeni müqavilə qeydə alınıb.
Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Oskar Bobbun sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Norveç millisinin üzvü 2029-cu ilin yayına kimi "şəhərlilər"ə məxsus olacaq.
Qeyd edək ki, "Mançester Siti" Oskar Bobbu 2019-cu ilin yayında "Valerenqa" akademiyasından transfer edib. 20 yaşlı vinger bu mövsüm komandanın heyətində meydana çıxdığı 16 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Real” Enzo üçün hərəkətə keçir: Mourinyo argentinalını istəyir
- Avstraliya millisinin üzvü "Brayton"da
- “Neftçi”nin müdafiəçisi: “Daha bir neçə qol vuracam”
- "Qarabağ"la oynamağı bacarırıqsa, demək ki, avrokuboklarda da yaxşı çıxış edə bilərik"
- Türkiyə Olimpiya Komitəsinin vitse-prezidenti: Azərbaycanın idman sahəsindəki uğuru məni qürurlandırır
0
0