"Mançester Siti”dən yeni rekord
24.10.2024 - 15:18
İngiltərə Premyer Liqa komandalarından “Mançester Siti” növbəti uğura imza atıb.
Apasport.az xəbər verir ki, dünən UEFA Çempionlar Liqası çərçivəsində, evində “Sparta Praqa”nı qəbul edən klub 5:0 hesabı ilə qələbə qazanıb.
Bu nəticə ilə “şəhərlilər” Çempionlar Liqası tarixində İngilis klublarının ən uzun məğlubiyyətsizlik seriyasına (26 matç) yiyələnib.
Bundan əvvəlki rekord isə Mançester şəhərinin digər klubu olan “Yunayted”ə aid olub.
Qeyd edək ki, Pep Qvardiolanın yetirmələri sözügedən turnirdə ən son 2022-ci ildə səfərdə "Real Madrid"ə (1:3) məğlub olmuşdular.
- “Qarabağ"dan qələbə: “Sumqayıt”ın qol həsrəti davam edir - YENİLƏNİB
- Ağasəlim Mircavadov: "Mən bu sözü 1994-cü ildən bəri deyirəm"
- “Neftçi”nin sabiq futbolçusu: “Fikrimcə, “Neftçi”dəki əsas problemlərdən biri də…”
- Azərbaycan çempionatları tarixində 13000-ci qol
- Çağlar və Krunyiç "Fənərbaxça"ya doğru
0
0