“Mançester Siti”yə keçiddən imtinanın səbəbi
03.11.2023 - 16:53
Türkiyəli futbolçu Feytullah Gürlükün “Mançester Siti”yə keçidinin baş tutmamasının səbəbi bəlli olub.
Apasport.az xəbər verir ki, bunu 20 yaşlı hücumçunun özü açıqlayıb.
O, Rusiya təmsilçisi “Orenburq”a üstünlük verməsinə aydınlıq gətirib: "Orenburq”a keçməzdən əvvəl "Mançester Siti"dən real maraq var idi. Amma burada oynamaq şansım daha çox olduğu üçün "Orenburq"u seçdim".
Qeyd edək ki, Türkiyə gənclər yığmasının üzvü olan istedad “Altınordu”nun yetirməsidir.
- Osimhenlə komanda yoldaşı olmuş “Kəpəz”in forvardı: “Nəyin necə olacağını heç vaxt bilmək olmur” - Müsahibə
- Rövşən Nəcəf: "Premyer Liqanın formatı və klub sayına yenidən baxılacaq"
- Zubir, Benzia, Romao qayıtdı, ondan başqa...
- “Turan Tovuz” yenə cərimələndi
- Millimiz dünya çempionatında iştirak edəcək
0
0