“Mançester Yunayted” onunla vidalaşdı
01.01.2023 - 22:17
İngiltərənin “Mançester Yunayted” klubu qapıçısı ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, “qırmızı şeytanlar” Martin Dubravkayla razılaşmaya son verildiyini açıqlayıb.
Buna mövsümün əvvəlində “Nyukasl”dan icarəyə götürən Slovakiya millisinin futbolçusunun geri çağırılması səbəb olub.
Qeyd edək ki, 33 yaşlı Dubravka İngiltərə Liqa Kubokunun iki oyununda “Mançester Yunayted”in qapısını qoruyub.
- Azərbaycan idmançılarının yeni reytinq cədvəli bəlli olub
- "Arsenal" keçmiş qapıçısını geri qaytarmaq istəyir
- “Yuventus”un müdafiəçisi “Yunayted”in hədəfində
- Azar: “Co Baydenlə yerimi dəyişmək istəyirəm”
- Vüsal İsgəndərli: "Boluspor"da daha bir neçə azərbaycanlı futbolçunun olmasını istəyərdim" - Müsahibə
0
0