"Mançester Yunayted" Alexandro Qarnaço ilə yeni müqavilə imzalamaq istəyir.
Apasport.az saytı xəbər verir ki, “qırmızı şeytanlar” 18 yaşlı gənc hücumçunun müqaviləsini artırmaq üçün agenti və ailəsi ilə danışıqlara başlayıblar.
Yeni anlaşmanın detalları barədə məlumat verilməsə də, komanda Alexandro ilə razılaşmanın uzunmüddətli olmasını planlaşdırır.
Qeyd edək ki, 2020-ci ildə Madrid ”Atletiko”sundan “Mançester Yunayted”in akademiyasına qoşulan argentinalı futbolçu ötən mövsümdən əsas komanda ilə matçlara çıxır. Qarnaço bu müddətdə 26 oyunda iştirak edərək 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
- Boksçularımız “Heydər Əliyev Kuboku 2026” beynəlxalq turnirində 45 medal qazanıblar
- Kaxaber Tsxadadze: “Danışacaq nəsə yoxdur”
- Batrakovun “Qalatasaray”a keçidi rəsmiləşdi - 5 illik müqavilə
- “Mançester Yunayted” Ronaldoya qiymət qoydu
- Kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub