"Mançester Yunayted"dən uğurlu seriyaya davam
24.02.2023 - 11:49
!["Mançester Yunayted"dən uğurlu seriyaya davam](https://apasport.az/storage/news/2023/february/24/big/63f86c0bad4de63f86c0bad4df167722497163f86c0bad4dc63f86c0bad4dd.jpg)
"Mançester Yunayted" "Old Trafford"da uğurlu seriyasını davam etdirib.
Apasport. az saytı xəbər verir ki, “qırmızı şeytanlar” doğma divarlar arasında növbəti dəfə meydandan məğlub olmadan ayrılıb.
"Mançester Yunayted" Avropa Liqasının pley-offunda "Barselona"ya 2:1 hesabı ilə qalib gəlməklə, uğurlu seriyasını 18-ə çatdırıb. İngiltərə klubu bu oyunlardan 17 qələbə qazanıb, bir görüşü “sülhlə” başa vurub. Topların fərqi isə 41:9-dur.
Qeyd edək ki, “Mançester Yunayted” “Old Trafford”da sonuncu dəfə 2022-ci ilin sentyabrında Avropa Liqası matçında “Real Sosyedad”a uduzub.
0
0