Mane: “Ən yaxşı cavabı sabah verəcəm”
27.05.2022 - 11:50
“Liverpul”dan gedəcəyi ilə bağlı xəbərlər yayılan Sadio Mane gələcək karyerası ilə bağlı sualı cavablandırıb.
Apasport.az saytının məlumatına görə, seneqallı hücumçu Çempionlar Liqasının sabah keçiriləcək final matçını düşündüyünü açıqlayıb.
O bildirib ki, əsl cavabı “Real”la həlledici matçda verəcək: “İndi yalnız onu deyə bilərəm ki, tamamilə sabahkı matça köklənmişəm. Bu, Çempionlar Liqasının finalına qədər verməli olduğum cavabdır. Ən yaxşı cavabı isə sabah verəcəm. Eşitmək istədiyiniz cavabı”.
Qeyd edək ki, Manenin “Bavariya”ya keçəcəyi gözlənilir.
- Fərid Qayıbov Lənkəranda gənclərlə görüşdü - FOTO
- III Liqa klubu yenidən rekord qırıb: Qarşılaşmanı 43 000 azarkeş izləyib
- Paris-2024: Cüdoçumuz mübarizəni dayandırdı
- Azər Bağırov: "DAK Dunayska Streda" "Şerif"dən zəif komanda deyil" - Müsahibə
- “Tottenhem” onu saxlamadı: Palinya “Bavariya”ya qayıdır
0
0