Marko Veşoviçin yeni klubu bəlli oldu
22.08.2025 - 16:16
"Qarabağ"dan ayrılan Marko Veşoviçin yeni klubu bəlli olub.
Apasport.az xəbər verir ki, monteneqrolu sağ cinah müdafiəçisi karyerasını Xorvatiyada davam etdirəcək.
Veşoviç "Lokomotiv"lə anlaşıb. Bu barədə Zaqreb təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
33 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Marko Veşoviç 2021-ci ildən "Qarabağ"da çıxış edirdi.
- Avropa Kanoe Assosiasiyası “Prezident Kuboku-2024” reqatasını ikinci dəfə təqvim planına daxil edib
- DÇ-2022: Niderland Seneqala qalib gəldi - YENİLƏNİB
- Nazir: "Legionerlərin sayını azaltmaq üçün federasiyalarla qarşılıqlı işləyirik" - Müsahibə
- Aslan Kərimov: “Bu, "Qarabağ"ın "yaralı" yeridir”
- “Xilasedici”dən yeni transfer
0
0