Martın ən yaxşısı "Atletiko"nun futbolçusu oldu
30.03.2023 - 22:48
![Martın ən yaxşısı "Atletiko"nun futbolçusu oldu](https://apasport.az/storage/news/2023/march/30/big/6425d9da000236425d9da0002416802022016425d9da000216425d9da00022.jpg)
La Liqada mart ayının ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, bu, "Atletiko"nun hücumçusu Antuan Qrizmann olub.
Ötən ay 32 yaşlı fransalı futbolçu İspaniya çempionatının 3 oyununda 2 qol vurub və 1 qolun ötürməsini verib. Ümumilikdə Antuan Qrizmann bu mövsüm La Liqada 26 oyunda 9 qol vurub və 9 qol ötürməsi edib.
0
0