Mbappe DÇ tarixinə düşdü – İlkə imza atdı
20.07.2026 - 03:02
Fransa millisinin hücumçusu Kilian Mbappe futbol üzrə dünya çempionatları tarixinə düşüb.
Apasport.az xəbər verir ki, 27 yaşlı futbolçu mundial tarixində iki fərqli turnirdə bombardir olan ilk oyunçu kimi adını tarixə yazdırıb.
O, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatını 8, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi DÇ-2026-nı isə 10 qolla ən sərrast futbolçu kimi başa vurub.
Qeyd edək ki, Mbappe DÇ-2026-da Fransa millisinin heyətində 10 qol vuraraq "Qızıl buts" mükafatını qazanıb.
0
0