Yarımmüdafiəçi Etan Mbappe PSJ-də debüt edib.
Apasport.az xəbər verir ki, Kilian Mbappenin qardaşı "Mets"lə (3:1) matçda meydana çıxıb.
Görüşün sonlarına yaxın əvəzetmədən meydana çıxan 16 yaşlı gənc futbolçu təəssüratlarını jurnalistlərlə bölüşüb: “Park de Prens”də azarkeşlər qarşısında debüt etmək çox xoşdur. Mən özümü xoşbəxt hiss edirəm. Ümid edirəm ki, mövsüm boyu daha çox oyunda meydanda ola biləcəm. Düşünürəm ki, bu, qardaşım üçün yaxşı hədiyyədir. Onun üçün də, özüm üçün də çox sevinirəm”.
Qeyd edək ki, cari mövsümdə Paris klubunun gənclər komandasında 18 matça çıxan Etan 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- "Arsenal" braziliyalı futbolçusu ilə 2027-ci ilədək müqavilə bağladı
- Nurəddin Rəcəbov: “Bu uşaqlardan olimpiya medalçıları, hətta çempionu da olacaq”
- UEFA-nın C kateqoriyalı məşqçi kursunun II mərhələsi keçirilir
- "Araz-Naxçıvan" və "Omoniya"nın baş məşqçiləri jurnalistlər qarşısına çıxacaq
- "Fənər"in yeni sponsoru bəlli olub