Mendi məşqlərə başladı
27.03.2026 - 19:59
Mendi məşqlərə başladı

"Real"ın müdafiəçisi Ferland Mendi zədəsini sağaldıb.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Futbolçu artıq məşqlərə başlayıb. O, milli komandaların matçları ilə əlaqədar yaranan fasilədən sonra meydana qayıdacaq.

Qeyd edək ki, bu, Ferlanın mövsümdə 4-cü zədəsidir.