Mərakeşin qapıçısı “Bavariya”nın maraq dairəsində - 50 milyon avro
17.12.2022 - 11:26
Mərakeş millisinin qapıçısı Yassin Bunu “Bavariya”nın maraq dairəsinə düşüb.
Apasport.az saytının məlumatına görə, ayağı qırılan Manuel Noyerə əvəzləyici axtaran Almaniya klubu afrikalını heyətinə qatmaq istəyir.
“Sevilya” qolkiperini satmağa hazırdır. İspaniya klubu bunun üçün 50 milyon avro tələb edir. Bu, Yassinin müqaviləsində əks olunan sərbəstqalma məbləğidir.
Qeyd edək ki, bu yaxınlarda müqaviləsi uzadılan afrikalı 2025-ci ilə qədər La Liqa klubuna məxsusdur.
- Yüksək Liqada bürünc medal uğrunda görüşlər başlayır
- Rahid Əmirquliyev: "Milli əvvəldən belə oynasaydı, qrupdan da çıxardıq" - Müsahibə
- Ramin Quliyev: "Neftçi" və "Sabah" arasında mübarizə amansız olacaq"
- Könül Mehdiyevaya UEFA-dan növbəti TƏYİNAT
- “Qızıl top”u qazana bilməyən Lamin Yamal: “Mənim də zamanım gələcək”
0
0