“Roy Hocson məni məhv etdi".
Apasport.az xəbər verir ki, bunu Braziliya millisinin sabiq müdafiəçisi Robertu Karlus deyib.
O, ingiltərəli məşqçi Roy Hocsonun "İnter"də olarkən onun karyerasına zərbə vurduğunu bildirib: "O məni yarımmüdafiənin mərkəzində oynadırdı. Belə bir oyunla Braziliya millisinə düşmək şansım olmadı. Buna görə də 1997-ci ildə keçirilən Amerika Kubokunda iştirak etmədim.
Məsələ yola getməməyimizlə bağlı deyil. Onun futboldan xəbəri yox idi. Ona görə də “İnter”in o vaxtkı prezidenti Massimo Moratti ilə danışdım və məni buraxmasını xahiş etdim”.
Qeyd edək ki, 1995/1996 mövsümünün sonunda Robertu Karlus "Real"a keçib.
- "Bavariya" - PSJ matçı bu kanalda - TV AFİŞA
- “Dortmund”un forvardı “Fənər”ə gələcək - AZİZ YILDIRIM SEÇİMİ QAZANARSA
- Vladimir Dimitrovski: “Qarabağ”ın turu keçmək şansı 50 faizdir" - Müsahibə
- Voleybol komandamız "Moskva yay oyunları"nın qalibi olub
- "Arsenal" ÇL matçında 2 vacib oyunçusundan məhrum olacaq