
“İnter Mayami”nin ulduz futbolçusu Lionel Messi gələcəyi barədə verdiyi açıqlama ilə diqqət çəkib.
Apasport.az xəbər verir ki, argentinalı superulduz xarici mətbuata müsahibəsində qarşıdakı planları və məqsədləri haqqında danışıb.
Messi, hazırkı dönəmə fokuslandığını vurğulasa da, gələcək üçün konkret fikirləri olduğunu etiraf edib:
“Hazırda əsas diqqətim bu günə yönəlib. Amma 2026-cı il dünya çempionatı haqqında düşünmədiyimi desəm, bu, doğru olmaz. Bəli, bu barədə düşünürəm. Bu il mənim gələcəyimə dair qərarlar vermək üçün olduqca əhəmiyyətli olacaq”.
Qeyd edək ki, Lionel Messi 2023-cü ilin yayında “İnter Mayami”yə transfer olunub. O, bu müddət ərzində 49 oyunda iştirak edərək 42 qol və 21 assistlə yadda qalıb. Onun MLS klubu ilə müqaviləsi 2025-ci ilin sonuna qədər qüvvədədir.