Messi kubok sayında Alveşə yaxınlaşdı
01.08.2022 - 11:03

Lionel Messi karyerasında 41-ci kuboku qazanıb.
Apasport.az saytının məlumatına görə, argentinalı superulduzun komandası PSJ Fransa Superkubokunun qalibi olub.
Paris təmsilçisinin “Nant” üzərində 4:0 hesabı ilə qalib gəldiyi həlledici görüşdə 35 yaşlı hücumçu 1 qola imza atıb. İndi Leo yalnız sabiq komanda yoldaşı Dani Alveşdən geri qalır. Bu yay “Barselona”dan “Pumas”a keçən braziliyalı müdafiəçi karyerasında 46 titulla rekordçudur.
Qeyd edək ki, PSJ-yə ötən il “Barselona”dan keçən Lionel Messi Paris klubu ilə Fransa çempionu da olub.
- “Neftçi” seçimlərə başladı - FOTO
- Bakıda Müstəqillik Gününə həsr olunmuş veloyürüş keçirilib
- Danilo Dias: “Qarabağ” “Ayaks”la görüşdə dominant futbol oynamağa çalışacaq"
- Latviya - Azərbaycan oyununun biletləri satışa çıxarılıb
- Antidopinq İntizam və Apellyasiya Komitələrinin üzvləri üçün təlim keçirilib - FOTO
0
0