Messi tarixin ən çox mükafat alan futbolçusu oldu
15.07.2024 - 10:03
![Messi tarixin ən çox mükafat alan futbolçusu oldu](https://apasport.az/storage/news/2024/july/15/big/6694bbb0d2db96694bbb0d2dba17210234086694bbb0d2db66694bbb0d2db8.jpg)
Argentina millisinin hücumçusu Lionel Messi karyerasında 45-ci titulunu qazanıb.
Apasport.az xəbər verir ki, bu, ABŞ-da təşkil olunan Amerika Kubokunun final matçında baş tutub.
Argentinalı tarixin ən titullu futbolçusu olub. İkinci yerdə isə Braziliya millisinin və “Barselona”nın sabiq müdafiəçisi Dani Alveş qərarlaşıb.
Görüş Lionel Skaloninin komandasının 1:0 hesablı minimal hesablı qələbəsi ilə başa çatıb. Əlavə vaxtda yeganə qolu hücumçu Lautaro Martinez vurub.
Qeyd edək ki, 37 yaşlı Messi Amerika Kubokunda keçirdiyi 5 oyunda 1 qol vurub.
0
0