Messidən PSJ qərarı
29.09.2022 - 09:49
Lionel Messi PSJ ilə müqaviləsini uzatmayacaq.
Apasport.az saytının məlumatına görə, anlaşması 2023-cü ilin yayında başa çatacaq argentinalı Fransa klubundakı karyerasını mövsümün sonunda bitirməyə qərar verib.
2021-ci ilin yayında keçdiyi kluba adaptasiya olduğunu və futboldan yenidən zövq almağa başladığını açıqlayan ulduzun “Barselona”ya qayıdışı gözlənilir. İspaniyalılar ona həm futbolçu kimi müqavilə təklif edir, həm də klubun strukturunda vəzifə söz verib.
Qeyd edək ki, Messi cari mövsüm Liqa1-də keçirdiyi 8 oyunda 4 qol və 7 assistə imza atıb.
- A Seriyası: Lider 3 xalı 3 qolla qazanıb - VİDEO
- “Nyukasl” üçün 70 milyonluq yarımmüdafiəçi
- Dünya Minifutbol Federasiyasının prezidentindən Azərbaycanla bağlı AÇIQLAMA
- Cüdoçularımız Beynəlxalq Belçika Açıq Cüdo Turnirində ikinci yeri tutdu
- Dünya çempionatında mübarizə aparacaq boksçularımızın adı bəlli oldu
0
0