Metehan Baltacı azadlığa buraxıldı
25.03.2026 - 15:32
Türkiyə futbolunda mərc skandalı davam edir.
Apasport.az xəbər verir ki, bu gün istintaq nəticəsində həbs olunan Metehan Baltacının məhkəməsi keçirilib.
O, "Qalatasaray"ın matçlarında baş verən hadisələrlə əlaqəsi olmadığını bildirib. Mərc oynamağın qadağan olduğunu bilmədiyini vurğulayan Baltacı həmin oyuna mərc ödənişi etmədiyini bildirib.
Sabiq futbolçunun çıxışından sonra məhkəmə heyəti onun təxliyəsinə qərar verib.
Qeyd edək ki, Baltacı ötən ilin dekabr ayında həbs olunmuşdu.
- Kənan Kərimov: “Futbolumuza pandemiya 2008-2009-cu illərdə gəlib” - OFSAYD
- Portuqaliya millisinin AVRO-2024 heyəti açıqlandı: Ronaldo qərarı
- İbrahim Hatipoğlu: "Qalatasaray" derbinin favoritidir"
- III MDB Oyunları: Avarçəkənlərimiz yarışı dörd medalla başa vurublar
- Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakimə təyinat verib
0
0