“Milan” Feliksi buraxmaq istəmir
08.02.2025 - 14:56
“Milan” Joao Feliksin icarə müddətini artırmağı planlaşdırır.
Apasport.az xəbər verir ki, İtaliya klubu 25 yaşlı portuqaliyalı hücumçunu 2026-cı ilin yayına qədər icarədə saxlamaq istəyir.
Milan təmsilçisi futbolçunun məxsus olduğu “Çelsi” ilə danışıqlara hazırlaşır. Oyunçunun İndiki icarə müqaviləsi yayda başa çatacaq.“Rossonyeri” növbəti mövsüm üçün 8-10 milyon avro ödəmək arzusundadır.
Klub rəhbərliyi anlaşmada Feliksin sonradan 30-35 milyona transfer olunmaq hüququnu da görmək istəyir.
Qeyd edək ki, Joaonun “Çelsi” ilə müqaviləsi 2031-ci ilin yayına qədərdi.
- Hacıyev: “Belə məğlubiyyətlərdən sonra məşqçilər istefa verib gedirlər, amma...” - MÜSAHİBƏ
- Valdas Dambrauskas: SƏFƏRDƏ BİZİ ÇƏTİN QARŞILAŞMA GÖZLƏYİR
- “İnter Mayami”: Messinin transfer edəcəyimizə əminik
- Avropa Kuboku: “Azərreyl” 1/4 finalda Türkiyə təmsilçisi ilə qarşılaşacaq
- Messidən bir qol iki rekord, PSJ “Real”a çatdı
0
0