"Milan" gənc futbolçularını icarəyə verdi
02.02.2024 - 09:34

“Milan” iki futbolçusunu icarəyə verib.
Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı açıqlama yayıb.
Müdafiəçi Marko Pelleqrino "Salernitana"ya keçib. 21 yaşlı argentinalı futbolçu iyunun sonuna kimi yeni komandasının uğurları üçün çalışacaq. Oyun praktikasının azlığından əziyyət çəkən gənc oyunçu bu mövsüm cəmi 1 oyunda meydana çıxıb.
“Rossonieri”nin hücumçusu Çaka Traore isə "Palermo"ya göndərilib. 19 yaşlı forvard mövsümü sözügedən komandada tamamlayacaq. Razılaşmaya əsasən, “Palermo” Traoreni daimi əsasda transfer edə biləcək.
- "Neftçi"nin yeni transferi: "Azərbaycanın ən böyük klubunda oynamaq üçün səbirsizlənirəm"
- Murad Musayev Rusiya klubunda - Rəsmi
- Avropa çempionatında iştirak edəcək 6 karateçimiz bəlli oldu
- Olimpiya çempionları vətənə geri dönüb
- Xristov: “Sabah" nə qədər güclü olsa belə "Qarabağ"dan çempionluğu ala bilməyəcək” - MÜSAHİBƏ
0
0