"Milan"ın futbolçusuna ittiham
16.11.2023 - 13:49
"Milan"ın müdafiəçisi Alessandro Florenzi qeyri-qanuni mərc oynaması ittihamı ilə istintaqa cəlb olunub.
Apasport.az xəbər verir ki, bir neçə həftə əvvəl Sandro Tonali və Nikolo Fagiolinin diskvalifikasiya edilməsinin ardından "Milan" üzvü barəsində də eyni ittiham irəli sürülüb.
Müdafiəçisinin də günahkar olduğu sübuta yetirilərsə, digərləri kimi o da futboldan uzaqlaşdırılacaq.
Qeyd edək ki, 32 yaşlı futbolçunun "Milan"la müqaviləsi 2025-ci ilə qədər nəzərdə tutulub. O, İtaliya millisində 49 oyun keçirib.
- “Neftçi”dən darmadağın, “Araz-Naxçıvan” rəqibinə şans tanımadı
- Hüseyn Məhəmmədov: "AFFA-nın “Qəbələ”ni Premyer Liqada saxlayacağını gözləmirdim" - MÜSAHİBƏ
- Hansı oyun, hansı kanalda? - TV AFİŞA
- Avropa Liqası: "Fənərbaxça" və "Qalatasaray"ın rəqibləri bəlli oldu - YENİLƏNİB
- Mahir oynadı, komandası məğlub oldu
0
0