“Milan”nın qolkiperi cəzalandırıldı
04.03.2025 - 23:53
“Milan”nın qolkiperi cəzalandırıldı

İtaliya A Seriyası komandalarından "Milan"ın qapıçısı Mayk Menyan baş hakimi təhqir etdiyinə görə 1 oyunluq cəzalandırılıb.

Apasport.az xəbər verir ki, buna səbəb, qolkiperin A Seriyasının XXVII turunun "Latsio" (1:2) ilə matçından sonra baş hakimi təhqir etməsi olub.

Fransalı futbolçu görüşün final fitinin ardından paltardəyişmə otağına gedən tuneldə baş hakimə qarşı qeyri-etik ifadələr işlədib.

29 yaşlı oyunçu bu davranışına görə eyni zamanda 15 min avro cərimələnib.

Qyed edək ki, Menyan martın 8-də "Leççe" ilə keçiriləcək oyunu buraxacaq.