Millidə yeni baş məşqçi
08.02.2023 - 12:41
![Millidə yeni baş məşqçi](https://apasport.az/storage/news/2023/february/08/big/63e3604bb9b6863e3604bb9b69167584570763e3604bb9b6363e3604bb9b66.jpg)
Belçika millisinin yeni baş məşqçisi müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Roberto Martinesin gedişindən sonra boş qalan postu Domeniko Tedesko tutub.
Almaniyalı mütəxəssislə AVRO-2024-ün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb. Tedesko bunadək “Şalke”, “Spartak” və “Leypsiq”də çalışıb.
Qeyd edək ki, Belçika yığması AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda mübarizə aparacaq.
0
0