Millidə yeni müqavilə
                    
                    18.03.2023 - 16:47
                        
                     
                    Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliçin taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, 56 yaşlı mütəxəssislə yeni müqavilə imzalanıb.
Anlaşması uzadılan çalışdırıcı 2026-cı ilin yayına qədər postunda qalacaq. O, ardıcıl 3-cü dəfə komandasına dünya çempionatında rəhbərlik edə bilər.
Qeyd edək ki, Daliç 2017-ci ildə bu posta təyin edilib. Daliçin rəhbərlik etdiyi komanda DÇ-2018-də gümüş, DÇ-2022-də bürünc qazanıb.
 
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
                     
                     
                                                                                                 
                                                 
                                                 
                                                