Millimizin üzvü oynadı, komandası qələbə qazandı
04.11.2024 - 09:55
![Millimizin üzvü oynadı, komandası qələbə qazandı](https://apasport.az/storage/news/2024/november/04/big/67285fb680af367285fb680af4173069919067285fb680af167285fb680af2.jpg)
Azərbaycan millisinin futbolçusu Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti oyuna çıxıb.
Apasport.az xəbər verir ki, sözügedən komanda “Tirana”nı qəbul edib.
Matç “Eqnatiya”nın qələbəsiylə başa çatıb - 1:0.
Zamiq bu görüşdə start heyətdə yer alıb və sona qədər oynayıb.
“Eqnatiya” 12 turdan sonra 19 xalla 10 komanda arasında 3-cü sıradadır.
0
0